Beynəlxalq vəziyyətin gərginləşməsi ilə əlaqədar Liberal Demokrat Partiyasının prezidenti Vladimir Jirinovski bütün Rusiya parlamentinə fövqəladə hərbi rütbələrin verilməsini təklif edib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Bütün kommunist deputatlara - kapral rütbəsi, "Vahid Rusiya" deputatlarına - leytenant rütbəsi verilsin. Mən də general-mayor rütbəsi almalıyam. Düzü, bu adı ilk dəfə Rusiyanın birinci prezidenti mənə verib, amma o vaxtdan bəri qərar qüvvəyə minməyib", - siyasətçi yazıb.
Bununla yanaşı, Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində Ukrayna prezidenti Vladimir Zelenski və silahdaşlarının ölkədən qaçmalı olduğunu bildirib.
Liberal Demokrat Partiyasının lideri qeyd edib ki, Ukrayna prezidenti ilə hər hansı danışıqlar tamamilə istisna edilir. Jirinovski "Ukraynanın sonu" fikrini səsləndirib. O, ölkədə kifayət qədər enerji resursları və hətta ərzaq qıtlığının yaşandığını dilə gətirib.
"Mən general-mayor rütbəsi almalıyam" - Jirinovski
27
yanvar
20:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat