Xəbər verdiyimiz kimi, İstanbulda restoranların birində silahlı hücuma məruz qalan Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun son görüntüləri ortaya çıxıb.
Restoranın təhlükəsizlik kamerasına əks olunan görüntülərdə qatillər əvvəlcə Mahmutyazıcıoğlu ilə mübahisə edib. Masa arxasında əyləşən qatillər ona aşağıdan iki dəfə silahla atəş açıb. Daha sonra Mahmutyazıcıoğlunu sürüyərək çölə çıxarmağa çalışsalar da, buna nail ola bilməyən canilər onun ayaqlarına və bədəninə atəş açaraq öldürüblər.
Onun yardımına gələn sürücüsü də ağır şəkildə yaralanıb. Ümumillikdə 7 güllə yarası alan vəkil xəstəxanada dünyasını dəyişib.
6 cani şəxs restoranı tərk edib. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, artıq qatillərdən ikisi saxlanılıb. Digər 4 nəfərin axtarışı davam edir.
Qeyd edək ki, Şafak Mahmutyazıcıoğlu tanınmış aparıcı, aktrisa Ece Erkenin həyat yoldaşı idi.
Ece Erkenin ərinin öldürülməsinin GÖRÜNTÜLƏRİ YAYILDI (VİDEO)
28
yanvar
10:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat