Türkiyə mətbuatı xəbər verir ki, mərhumun qardaşı Günay Girik aktrisanın müalicə olunduğu xəstəxanadan şikayətçi olub.
Günay Girik bacısının cinayət qurbanı olduğunu iddia edib:
"Bacım ölümcül xəstə deyildi. Koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi müayinəyə getmişdi. Göz görə-görə cinayətdir. Bu hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".
Qeyd edək ki, 5 gün xəstəxanada müalicə olunan Fatma Girikin döş qəfəsi infeksiyasına yoluxduğu və onun həyatını xilas etmək mümkün olmadığı bildirilmişdi.
