Gürcüstanın Keçmiş Xelvaçauri hərbi bazasında aparılan qazıntılar zamanı 1930-cu illərdə sovet repressiyası zamanı güllələnmiş daha 29 nəfərin qalıqları aşkar edilib.
“Ajaratv.ge” xəbər verir ki, qazıntılar hələ də davam etdirilir.
Qəbirləri Batumi və Lazeti yeparxiyasının dəvəti və İnformasiya Azadlığının İnkişafı İnstitutunun iştirakı ilə Gürcüstana gələn polşalı alimlər tədqiq edirlər.
Proses 2016-cı ildə başlayıb və bu dövrdə, ümumilikdə, 6 məzar aşkar edilib.
Hazırkı ekspedisiya zamanı 1935-1936-cı illərə aid qalıqlar tapılıb. Ekspedisiyanın iştirakçısı Eter Maxaradzenin sözlərinə görə, onların hamısının əlləri arxadan bağlanıb və başlarında güllə izləri var.
Qeyd edək ki, mətbuat orqanının yaydığı fotolarda indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Ələkbərov Hüseyn Ələkbər oğluna məxsus olduğu əks olunub.


скачать dle 12.1