Bir müddətdir türkiyəli müğənni Alişan və aktrisa həyat yoldaşı Buse Varolun ayrıldığı iddia olunur.
Türkiyə mətbuatı xəbər verir ki, Alişanın qızı Elizin Beşiktaşda beş ulduzlu hoteldə keçirilən doğum gününə qatılmaması, eləcə də növbəti gün Busenin Elizin Alişanın anasının evində keçirilən ad gününə qatılmaması bu iddiaları daha da gücləndirib.

Buse qızına təbrikində Alişana eyham vuraraq, onu yarı yolda tək qoyacaq şəxslərin də olacağını yazıb: “6 fevral 2022... Bu gün 1 yaşındasan, anam. Həyatın o qədər əvvəlindəsən ki, səni üzənlər də, yollarına daş qoyanlar da, bəlkə də bəzən ağladanlar da olacaq... Amma bunlarla yanaşı bağrına basanlar da, səni sən olduğun üçün sevənlər də, səni yarı yolda qoyanlar, səninlə eyni yolu gedənlər də olacaq... Allah həyatı öyrənəcək çox uzun illər yaşamaq nəsib etsin. Tək diləyim mərhəmətli və vicdanlı biri olmağındır... Səni çox sevirəm, mənim möcüzəm... Anan olaraq yaşadığım müddətdə həmişə yanında, yanınızda olacağam, yaxşı ki, məni seçdin, Elizim”.

Alişan qızının evdəki doğum günü məclisindən etdiyi paylaşımında isə bunları qeyd edib: “Eyşanım, Ceylanım, Elizim… 3 sevdiyim bir arada. Allahım gözəl yazılar yazsın sizə… İnşallah Allah ömür verdikcə hər zaman yanınızda olacağam”. 
“2-ci sayfa” verilişində qonaq olan Buse Varol məsələ ilə bağlı açıqlama verib. O, qayınanasının evində təşkil olunmuş doğum günü məclisinə qatılmamasını belə izah edib:
“Elizin hoteldəki doğum gününü Alişan təşkil etdi. Son ana qədər Merve (Busenin qaynının həyat yoldaşı-red.) də gələcəkdi. Sonra fikirlərindən daşındılar. Suzan ana (qayınanası-red.) ilə bir problemimiz yoxdur. Hər şeyə and içirəm. Məni kimsə evə dəvət etmədi. Hamısının acısına hörmətlə yaşanıram. Amma Eliz bir daha 1 yaşına girməyəcək. Həqiqətən problem yoxdur. Alişan təbii ki, mənə “gəl” dedi. Mən də özləri üçün qeyd etmələrini istədim. Onların yerində olsam, mən də elə edərdim. Hamımız bir ailəyik. Eyni soyadı daşıyırıq. Bir yas prosesi yaşayırıq. Mən bunları problem etmirəm”.
Qeyd edək ki, cütlük 2018-ci ildə nikaha girib. Onların iki övladı var.







скачать dle 12.1