Dünən Qarabağın Rusiya sülməramlılarının nəzarətində olan hissəsində yol qəzası olduğu xəbərini vermişdik.  
Sülhməramlıların idarə etdiyi zirehli texnika 35 yaşlı İrəvan sakininin avtomobili ilə toqquşub. 
Nəticədə irəvanlı erməni ölüb, digər 1 nəfər isə ağır yaralanıb. Onu əvvəlcə avtomobildən çıxarmaq mümkün olmasa da, əlaqədar qurumların köməyi ilə buna nail olunub. 
Məlumata görə, yaralının vəziyyəti ağırdır. 
***09.02.2022 / 21:49
Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb.
Bu barədə “Caliber” məlumat yayıb.
İlkin məlumata görə, bir nəfər ölüb, bir nəfər yaralanıb.
Həmçinin, sülhməramlıların həmin ərazidə yolu bağladığı bildirilib.


  • Sülhməramlıların zirehli texnikası erməniləri əzdi- FOTO (YENİLƏNİB)
  • Sülhməramlıların zirehli texnikası erməniləri əzdi- FOTO (YENİLƏNİB)
  • Sülhməramlıların zirehli texnikası erməniləri əzdi- FOTO (YENİLƏNİB)
скачать dle 12.1