Ermənistanın Lori vilayətinin Alaverdi şəhərində baş verən zəlzələ nəticəsində bəzi bina və tikililərin divarları qismən uçub. Sakinlər evlərini tərk edib, bəziləri avtomobillərə və qarajlara sığınıb.
Bakisesi.com report-a istinadən xəbər verir ki, bu barədə yerli "Uqol+3" telekanalının direktoru Qraçya Papinyan "News.am"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusən köhnə evlərin eyvanlarından daşlar yollara tökülüb.
Papinyan bildirib ki, şəhər sakinləri evlərini tərk edib, bəziləri avtomobillər və qarajlarda gecələyir. Onun sözlərinə görə, sakinlər mənzillərinə qayıtmağa qorxurlar. Papinyan xəsarət alanların olub-olmaması barədə məlumat verməyib.
Eyni zamanda təbii hadisə Gümrüdə də sakinlər arasında kütləvi təlaşa səbəb olub. Vətəndaşlar evlərini tərk edərək küçələrə çıxıblar.
Qeyd edək ki, dünən Ermənistanın şimalında, Gürcüstanla sərhəd yaxınlığında zəlzələ baş verib. Məlumata görə, 5,4 bal gücündə təkanlar Bakı vaxtı ilə 21:25 qeydə alınıb. Zəlzələnin episentri Gümrü şəhərindən 42 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Ermənistanın Fövqəladə Hallar Nazirliyi öz növbəsində zəlzələdən sonra afterşokların davam edəcəyi barədə xəbərdarlıq edib. Qeyd olunur ki, növbəti güclü zəlzələ ehtimalı azdır.
Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss olunub.
Ermənistanda zəlzələ dağıntılar yaradıb, sakinlər küçələrdə qaldı
14
fevral
10:08

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər