Bu gün İrəvanda Ermənistan İstintaq Komitəsinin 44 günlük müharibənin nəticələrini araşdıran ilk iclası keçirilib.
“Mənim namusum var” fraksiyasının deputatı Tiqran Abramyan müxalifətin komissiyanın işində iştirak etməyəcəyini açıqlayıb.
Onun sözlərinə görə, hazırkı hakimiyyət faktiki olaraq ikinci Qarabağ müharibəsinin nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü etiraf edib.
“Və bu şəraitdə indiki hökumət nümayəndələrinin rəhbərlik etdiyi komissiyanın işinin həyata keçirilməsi obyektiv ola bilməz. 44 günlük müharibənin şəraitinin açıqlanması bizim prioritetlərimizdən biri olaraq qalır, lakin biz hesab edirik ki, işə yalnız hökumət istefa verəndə başlamaq lazımdır", - Abramyan izah edib.
Öz növbəsində “Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryan da komissiyanın işində iştirak etməyəcəklərini açıqlayıb. Həmin fraksiyadan olan digər deputat Qeqam Manukyan deyib ki, obyektiv araşdırma o zaman mümkündür ki, bu müharibəni alovlandırmaqda günahkar olan hakim siyasi qüvvəyə yox, müxalifətə həvalə olunub.
Bu sözlərdən sonra müxalifət ayağa qalxaraq müzakirənin aparıldığı otağı tərk edib.
Belə davranış komissiyanın “Mülki müqavilə” fraksiyasını təmsil edən üzvlərini qəzəbləndirib.
Ermənistanda 44 günlük müharibənin nəticələrini araşdıran komitə BOYKOT EDİLDİ
14
fevral
14:49

Qarabağ
KOMMENTLƏR
"Ermənistanda hakimiyyət təlxəkliklə məşğuldur" - Abramyan
KİV: Şahramanyan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak edəcək
Cəlal Harutyunyan 44 günlük müharibə ilə bağlı komissiya tərəfindən dindiriləcək
"Ermənistan hökuməti demokratik deyil, saxtakarlıqdır"
Ermənistanda müharibəni araşdıran komissiyanın səlahiyyət müddəti gələn həftə bitir
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu
- “Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
- “Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb