ABŞ Belarusda olan vətəndaşlarını ölkəni tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.
Bu barədə məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.
"Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya Belarusa səfər etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə yüksək gərginliyin müşahidə edildiyini bilməlidirlər”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, konkret olaraq xarici vətəndaşlara qarşı yönələn təqib və yaxud saxlanılma, koronavirusa yoluxma ehtimalı və digər səbəblərə görə amerikalıların Belarusda olması təhlükəlidir: "Belarusda olan ABŞ vətəndaşları dərhal kommersiya və yaxud şəxsi nəqliyyatla ölkəni tərk etməlidirlər”.
ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı
15
fevral
13:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat