"Qısa müddət ərzində Araik Arutyunyanın tutularaq istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 2020-ci il Gəncədə əhalinin sıx məskunlaşdığı əraziyə edilmiş terror hücumlarına görə məsuliyyəti Arutyunyan öz üzərinə götürüb:
"Gəncəyə olan hücum nəticəsində 26 şəxs qətlə yetirilmişdi. Araik Arutyunyan öz tvitter hesabında bu hücumu təşkil etdiyini bəyan etmişdi. Bu sübutlar əsasında Arutyununyanın təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 120 (qəsdən adam öldürmə) və digər maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar verildi. İnanıram ki, onun hazırda sərbəst hərəkət etməsi müvəqqəti xarakter daşıyır.
Belə ki, Azərbaycan və Ermənistan terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyanı ratifikasiya ediblər. İstənilən hüquq dövləti terorçuluğa görə axtarışa verilmiş şəxsin tutulmasına və konvensiyanın tələblərinə riayət etməyə borcludur. Qısa müddət ərzində Araik Arutyunyanın istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.
“Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa təqdim ediləcək” - Baş Prokurorluq
15
fevral
16:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat