İran məhkəməsi ölkədə xristianlığı qəbul etmiş iki vətəndaşın yenidən araşdırma aparılması ilə bağlı tələbini rədd edərək, sırf onların dini inanclarına əsaslanan həbs hökmünü icra edib.
"Azad İran” "Telegram” kanalı xəbər verir ki, bu barədə insan haqları qrupları məlumat yayıblar.
Bildirilir ki, dini inanclarına görə Hadi Rəhimi 4 il, Səkinə Behcəti isə 2 il həbs cəzasına məhkum edilib. Rəhimi hazırda ötən aydan etibarən Evin zindanındadır.
Sözügedən şəxslər Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 2020-ci ilin yayında "ölkədə təhlükəsizliyi pozmağı hədəfləyən qruplara üzv olmaq” kimi saxta ittihamlarla üzləşiblər.
Qeyd edək ki, İranda qeyri-islam inanclarına sahib insanların, özəlliklə xristianların təqiblərə məruz qalması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman tərəfindən dəfələrlə hesabatlar hazırlanıb.
İranda daha iki nəfər xristianlığı qəbul etdiyi üçün həbs edilib
17
fevral
16:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat