“Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Ukraynada səfiri Elmira Axundova bildirib.
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: “Azərbqaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar təqribən 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşları ilə yanaşı Ukraynadakı Azərbaycan vətəndaşlarının da evakuasiyasını mümkün olan kimi edəcəyik. Amma hələ ki bu barədə düşünürük. Çünki hələ məlum deyil hansı yolla ölkədən çıxara bilərik”, - deyə, Elmira Axundova əlavə edib.
Səfir səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini də xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edə biləcəyini deyib. Səfir eyni zamanda vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə də tanış olmağa çağırıb.
Ukrayna səfiri: "Şəxsən özüm də iş yerindəyəm"
24
fevral
15:47

Qarabağ
KOMMENTLƏR
"Yalnız səfir deyiləm, həm də qadınam" - Ukrayna səfirimiz Bakıdadır
Ukraynadakı səfirliyimiz Kiyevə nə vaxt qayıdacaq?
Elmira Axundova haradadır?
Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTOFAKT
UKRAYNADAKI SƏFİRLİYİMİZƏ RÜŞVƏT İTTİHAMI... - “Arayışı 200-300 dollara satırlar”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat