Əfqanıstanda hakimiyyətdə olan "Taliban” hərəkatı qızların məktəbə qayıtmasına icazə verməyə hazır olduğunu nümayiş etdirir.
"The Globe and Mile" nəşri xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun - UNICEF-in rəhbəri Ketrin Rassel deyib.
"Taliban” bizə açıq şəkildə bildirdi ki, onların belə niyyəti var və bunun baş verəcəyinə ümid edirik”, - Rassel bildirib.
Onun sözlərinə görə, əfqan qızlar artıq martın 21-də məktəbə qayıda bilərlər, lakin BMT nümayəndəsi müxtəlif şərait və şərtlərin buna mane ola biləcəyini istisna etməyib.
Əfqanıstanda "Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra yeddinci sinifdən sonra qızların məktəbə getməsi əslində qadağan edilib. Qızların təhsillərinin bərpası beynəlxalq ictimaiyyətin "Taliban” rejimi qarşısında qoyduğu əsas tələblərdən biridir.
UNICEF: “Taliban” qızların məktəbə getməsinə icazə verəcək
26
fevral
15:04

Qarabağ
KOMMENTLƏR
“Taliban” qızların tam təhsil almasına icazə verəcək
“Taliban” Əfqanıstanda qızlara qoyulan təhsil qadağasının aradan qaldırılacağı tarixi açıqladı
“Taliban” qızlar üçün ixtisas seçiminə məhdudiyyətlər qoyur
“Taliban” qızların evdə təhsil almasını təşkil edən hüquq müdafiəçisini həbs edib
“Taliban” ibtidai sinifdə oxuyan qızların idmanla məşğul olmasına icazə verib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat