“BMT baş katibi deyir ki, onlar Sergey Lavrovun (Rusiya XİN başçısı – red.) başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Cenevrədə keçirilən BMT İnsan Hüquqları Komissiyasının iclasına gəlməsini təmin edə bilməz”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya 1”də Vladimir Solovyovla “Bazar axşamı” verilişində deyib.
“Nəzərə alsaq ki, indi həmsərhəd olduğumuz ölkələr, Avropa ölkələri Rusiya təyyarələrinin keçməsi üçün hava məkanını bağlayıblar, müvafiq olaraq Rusiya nümayəndə heyətinin çərşənbə axşamı Cenevrəyə getməsi mümkün deyil. Bir daha təkrar edirəm, bu, əsərlər və nailiyyətlər sərgisində iştirak yox, hətta çox vacib ekoloji məsələlərlə bağlı söhbət də deyil, ən aktual, ən vacibi - tərksilah və insan hüquqları haqqında iclasdır. Ölkələr uçuşa icazə vermirlər, lakin məsələ BMT-də və Baş katibdədir. Onlar nümayəndə heyətinin, xüsusən dünya üçün belə kritik bir anda BMT-nin baş qərargahına, onun Cenevrədəki ofisinə gəlməsini təmin etməyə borcludurlar”, - Zaxarova bildirib.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının iclası 1 martda İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti Qərb ölkələri öz hava məkanını Rusiya üçün bağladığından iclasda iştirak edə bilməyəcək. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin Cenevrə şəhərinə çatdırılması üçün BMT-yə müraciət ünvanlanıb.
Ölkələr hava məkanını bağladı - Lavrov BMT-nin iclasına gedə bilmir
28
fevral
11:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat