Ukraynada Kiyevin-Jitomir trasında fevralın 28-də axşam saatlarında Ukrayna hüquq mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Manafov Ruslan saxlanılıb.
"Report”un məlumatına görə, 30-35 yaşlarında olan azərbaycan vətəndaşının hazırda harda saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Dünən həmçinin Kiyevdə daha bir Azərbaycan vətəndaşı evindən çıxıb, lakin geri qayıtmayıb. Ukraynda yaşayan azərbaycan vətəndaşlarına bu günlərdə evdən bayıra çıxmamaq tövsiyyə olunur.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi dünən Kiyevdə tətbiq edilən komendant saatı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə qeyd olunur ki, komendant saatı zamanı piyada gəzmək qəti qadağandır.
"Kiyevdə komendant saatı saat 20:00-dan 07:00-dək davam edəcək. Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışa malik olanlar şəhər ətrafında hərəkət edə bilər. Əvvəllər verilmiş buraxılışlar ləğv edilir. Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır! Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”, - müraciətdə deyilir.
Ukrayna hüquq mühafizə orqanları Azərbaycan vətəndaşını saxladı
01
mart
14:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat