"Rusiya vətəndaşları əmanətlərini itirir, eyni zamanda istənilən perspektivlərini itirmiş olurlar”.
UNİAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 2-də yayımladığı video-müraciətində bildirib.
"Rusiya idman yarışları və dünya mədəniyyətini unuda bilər. Onu Beynəlxalq Məhkəmə gözləyir. Rusiya üçün bunun yekunu nədir? Bu ölkənin bayrağı idman yarışlarında görünməyəcək. Müasir dünya mədənəiyəti artıq onlar üçün bağlı olacaq. Rusiya istehsalı olan malları bütün dünya mağazalarının piştaxtalarından yığışdırırlar. Rusiya banklarını qlobal sistemdən çıxarırlar.
Fikirləşin, 6 gün ərzində 6 minə yaxın Rusiya hərbçisi ölüb. Ötən gecə Rusiyanın verdiyi itki nəzərə alınmayıb. Nə aldı? Ukraynanı almaq istəyir? Bu mümkün deyil. Bunu raketlər, bombalar, tanklar və istənilən zərbələrlə dəyişməyəcək. Biz öz doğma torpaqlarımızdayıq. Müharibəyə görə biz onlara beynəlxalq məhkəmə quracağıq”, - V.Zelenski vurğulayıb.
Ukrayna Prezidenti: "Rusiyanı Beynəlxalq Məhkəmə gözləyir"
02
mart
14:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat