Rusiya NATO-nun Norveçdə keçiriləcək təlimlərinə müşahidəçi göndərməkdən imtina edib.
APA xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü bildirib ki, Rusiya tərəfi müraciəti nəzakətli şəkildə rədd edib. İmtinanın səbəbi izah edilməyib.
Qeyd edək ki, NATO-nun “Cold Response 2022” təlimləri martın ortalarından başlayaraq aprelədək davam edəcək. Norveçdə keçiriləcək təlimlərdə 27 ölkədən 30 000 hərbçinin iştirakı nəzərdə tutulub. Manevrləri hər il NATO-ya üzv olmayan ölkələrdən və ATƏT-dən yüzlərlə müşahidəçi izləyir. Rusiya indiyədək bu təlimlərə müşahidəçi göndərməkdən imtina etməyib.
скачать dle 12.1