İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ABŞ-ın İranla nüvə sazişinin uğursuz olacağı təqdirdə təəssüflənəcəyini bildirib.
"Tasnim" xəbər agentliyinin verdiyi xəbərə görə, Tehran nümayəndəsi qeyd edib ki, İranın "aktiv müqavimət strategiyası" artıq Vaşinqtonun maksimum təzyiq siyasətinə qarşı qələbəyə gətirib çıxarıb.
"Vyana danışıqları yaxşı nəticə ilə yekunlaşmasa, ABŞ-ın hazırkı administrasiyası öz məğlubiyyətini və əldən verdiyi imkanları tezliklə dərk edəcək", - Şəmxani bildirib.скачать dle 12.1