“Rusiya ilə müharibə istəmirik, münaqişə tərəfi deyilik”.
Bunu NATO Baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin XİN rəhbərlərinin fövqəladə iclası ərəfəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən əvvəl deyib.
“NATO müttəfiqləri Rusiyaya sanksiyalar tətbiq edib, Ukraynaya dəstək verirlər, lakin eyni zamanda, qeyd edim ki, NATO müdafiə alyansıdır, biz Rusiya ilə müharibə və ya münaqişə axtarmırıq. Bu münaqişənin bir hissəsi deyilik. Amma bu, hər bir müttəfiqimizin qorunması və müdafiə edilməsi ilə bağlı yanlış anlaşılmalara səbəb olmasın, biz hər bir üzvümüzü qətiyyətlə qoruyacağıq. Bu gün iclasda Rusiyanın Ukraynaya qarşı qəddar işğalına necə cavab verməyi, həmçinin bunun uzun dövr üçün təsirlərini müzakirə edəcəyik”.
Stoltenberq Zaporojye AES-ə hücumlardan narahatlığını da dilə gətirib.
“Mülki əhaliyə qarşı hücumları ən sərt şəkildə qınayırıq. Bu gün gecə Atom Elektrik Stansiyasına zərbələrlə bağlı məlumatlar aldıq. Bu, müharibənin nə qədər təhlükəli olduğunu göstərir. Bu, müharibəni bitirməyin və Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə çəkilməsinin vacibliyini göstərir”, -NATO Baş katibi vurğulayıb.
"Rusiya ilə müharibə istəmirik" - Nato Baş katibi
04
mart
13:43

Qarabağ
KOMMENTLƏR
"NATO-nun vəzifəsi Ukraynaya dəstək verməkdir" - Stoltenberq
Stoltenberq NATO-nun Ukraynaya yardımının həcmini açıqladı
Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
"Bu, daha çox ölümlərə və dağıntılara gətirib çıxaracaq" - Stoltenberq
"Ukrayna 2008-ci ilə nisbətən NATO-ya üzv olmağa daha yaxındır" - Stoltenberq
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat