İran İraqın Ərbil şəhərinə ballistik raketlər atıb.
"Reuters" xəbər verir ki, raketlər zərbələri Təbrizdəki Xasabad bazasından Ərbil şəhərindəki ABŞ konsulluğuna endirilib. 
"Al Arabia"nın məlumatına görə, raketlərin "Fateh-110" ballistik raketləri olduğu bildirilir.
"ABŞ konsulluğu və "Kürdistan 24" telekanalı yaxınlığında raketlər düşüb. Partlayış nəticəsində "Kürdistan 24" telekanalının binasına maddi ziyan dəyib", - məlumatda deyilir. 
Xarici KİV-lər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin havaya qaldırıldığını və Tehrana raket zərbələri endiriləcəyini qeyd edib. 
Tezliklə ABŞ Prezidenti Cozef Baydenin xalqa müraciəti olacağı da yayılan məlumatlar arasındadır.
İraqın səhiyyə nazirliyi bildirilib ki, raket zərbələri nəticəsində ölən olmayıb. 


  • İran Ərbildəki ABŞ konsulluğuna ballistik raketlər atdı - VİDEO
  • İran Ərbildəki ABŞ konsulluğuna ballistik raketlər atdı - VİDEO
  • İran Ərbildəki ABŞ konsulluğuna ballistik raketlər atdı - VİDEO
скачать dle 12.1