Martın 14-də səhər saatlarından etibarən Kiyevdə işğalçılar hündürmərtəbəli binanı və Antonov zavodunu atəşə tutublar.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə,  hadisə nəticəsində iki nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ərazidən 70-ə yaxın insan təxliyə edilib.
скачать dle 12.1