Rusiyanın Ukraynaya hücumu başlayandan 320 min nəfərdən çox ukraynalı Vətənə qayıdıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti teleqram kanalında xəbər verib.
Qeyd edilir ki, onların əksəriyyəti kişilərdir.
"Uşaqlarımız təslim olmur, ona görə də kömək etməliyik, ölkəmiz üçün mübarizə aparmalıyıq. Ukraynalılar da bütün insanlar kimi azad olmalıdır", - Polşadan gələn ukraynalılardan biri deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl xaricdə yaşayan həmvətənləri ölkəyə qayıtmağa çağırıb.
Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
Müharibə başlayandan Ukraynaya 320 mindən çox insan qayıdıb
18
mart
12:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat