Rusiya texnikası Ukraynanın Slavutiç şəhərinin ərazisinə daxil olub.
UNİAN xəbər verir ki, dünəndən Rusiya qoşunlarının şəhəri atəşə tutması barədə məlumatlar yayılırdı və şahidlərin sözlərinə görə, artıq onlar Slavutiç ərazisinə daxil olublar. Lakin onların yerli hökumət binasına basqın edib-etmədikləri məlum deyil.
Sosial şəbəkələrdə də Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda insanlar istiqamətində atəş açıldığının səsləri eşidilir.
Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib.
Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib.
O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.
Rusiya tankları Slavutiçə GİRDİ
26
mart
14:50

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi