Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postunda ölkəsinin ərzaq təhlükəsizliyini hansı prinsiplər əsasında qurduğunu sadalayıb.
"RİA Novosti” xəbər verir ki, Medvedev xarici ticarətdə milli valyutalardan istifadəyə hazır olduğunu qeyd edib: "Biz ərzaq və kənd təsərrüfatı məhsullarını yalnız dostlarımıza tədarük edəcəyik. Biz həm rublla, həm də razılaşdırılmış nisbətdə onların milli valyutasına satacağıq”.
O, xatırladıb ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracının həcmi silah ixracını üstələyir və ötən il 37 milyard dollardan çox olub:
"Rusiya dost olmayan ölkələrlə ərzaq ticarəti etməyəcək və 2014-cü ildə təsdiq edilmiş idxalı qadağan olunmuş məhsulların siyahısı genişlənə bilər”.
Qeyd edək ki, martın əvvəlində Qərbin yeni sanksiyalarına cavab olaraq Rusiya hökuməti qeyri-dost dövlətlərin siyahısını genişləndirib. İndi siyahıda 48 ölkənin adı var. //sfera.az
Rusiya yalnız dost ölkələrə ərzaq satacaq
01
aprel
12:06

Qarabağ
KOMMENTLƏR
Putin dost olmayan ölkələrin siyahısını hazırlamağı tapşırdı
Rusiyaya dost olmayan ölkələrin siyahısı hazırlanır
Medvedev: “NATO impotetnlərinin 20 ilə edə bilmədiyini “Taliban” bir ilə etdi”
Putin hökumətə ərzaq tədarük etməyi tapşırdı
Putin bu məhsulların ixracına qadağa qoydu, bu ölkələr isə istisnadır - SİYAHI
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”