Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.
"TASS” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
"Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur”, - Qladkov yazıb.
Qeyd edək ki, Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, "Belqorodnefteprodukt" ASC-də yanğın olması barədə məlumat daxil olub. Yanğın neft anbarındakı yanacaq çənlərini bürüyüb. Nəticədə iki fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür.
Ukraynaya məxsus helikopterlər Rusiya ərazisindəki neft bazasını atəşə tutub
01
aprel
12:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat