Onun səfəri BMT-nin Qaçqınlar üzrə Agentliyinin dörd milyon ukraynalının bir ay ərzində qaçqın olduğu vaxta təsadüf edib. Bu, İkinci Dünya Müharibəsindən bəri ən sürətlə böyüyən qaçqın böhranına çevrilir. Əlavə olaraq 6,5 milyon insan ölkə daxilində didərgin düşüb.
Görüş zamanı Coli “Mən müharibənin bitməsi üçün dua edirəm. Bu əzab və köçkünliyi dayandırmağın yeganə yoludur. Uşaqların bədəl ödədiklərini, həyatını itirdiklərini, zədələnmiş sağlamlığını və travmalarını görmək dəhşətdir”,-deyə bildirib.
UNICEF-in məlumatına görə, Ukrayna uşaqlarının yarıdan çoxu müharibənin onların həyatları üçün dağıdıcı nəticələrinə görə məcburi köçkün və ya qaçıb. Təxminən 2 milyon insanın ölkədən kənara qaçdığı, ən azı 2,5 milyonunun isə ölkə daxilində köçkün olduğu bildirilir.