Xocalı soyqırımının ilk canlı şahidlərindən biri olan ukraynalı pilot Leonid Kravets vəfat edib.
Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov “Facebook” səhifəsində paylaşım edib.
“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kravets uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu. Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot. Leonid Kravetsin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacayıq. Minlərlə insanın həyatını xilas edən QƏHRƏMAN, ruhun şad olsun!”,- deyə Hikmət Cavadov qeyd edib.
Qeyd edək ki, Leonid Kravets soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ilk pilot olub.
Xocalı qətliamının ilk şahidi Kraveç Leonid Markoviç UABD sədri Hikmət Cavadovun təşəbbüsü ilə Bakıda Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Cəhənnəmi görmüş pilot” filminin təqdimatında iştirak edib. Film Moskvada və Kiyevdə böyük auditoriya qarşısında nümayiş etdirilib.
O, filmdə hadisələri gördüyü kimi nəql edib.
Film UABD tərəfindən Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.
2016-cı ildə Prezident İlham Əliyev Markoviçin xidmətlərini yüksək qiymətləndirərək onu “Tərəqqi” medalı ilə təltif edib.
Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və 1992-ci ildə Xocalıya Gəncədən uçub.
Xocalıları təxliyə edən ukraynalı pilot vəfat etdi
04
aprel
11:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat