"Lukoil" neft məhsullarının həddindən artıq çox olması səbəbindən zavodların bağlanma ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə "Kommersant” nəşri şirkətin rəhbəri Vahid Ələkbərovun Rusiya baş nazirinin müavini Aleksandr Novaka məktubuna istinadən yazır. Bildirilir ki, xaricə tədarükün azalması fonunda şirkət mazut artıqlığı ilə üzləşib.
"Emal zamanı mazutun daşınma həcmində kəskin azalma və nəticədə anbarda bu yanacağın artıqlığının əmələ gəlməsi müşahidə olunub”, - sənəddə deyilir. Şirkət rəhbərinin sözlərinə görə, anbarların doldurulması neft emalı zavodlarının (NEZ) dayanmasına və yanacaq istehsalının azalmasına səbəb ola bilər.
Bununla bağlı Vaqit Ələkbərov artıq mazutları istilik elektrik stansiyalarına (İES) yönləndirmək istəyir və ətraf mühitə mənfi təsir göstərən yüksək cərimələrin müvəqqəti olaraq ləğv edilməsini təklif edir.
Qeyd edilir ki, İES-lərin elektrik stansiyalarının mazuta keçirilməsi energetiklər üçün zəruri tədbirdir. Adətən İES-lər yalnız qazın verilişində fasilələr yarandıqda mazuta keçir. Enerji bazarının qaydalarına görə, şirkətlər ən ucuz yanacaq növündən - qazdan istifadə etməlidirlər.
"Lukoil" Rusiyada dörd neft emalı zavoduna malikdir, o, Rusiya Federasiyasında "Rosneft"dən sonra ikinci ən böyük neft emalı zavodudur. 2021-ci ildə şirkət 43 milyon ton neft emal edib.
"Lukoil" Rusiyadakı zavodlarını dayandıra bilər - Hökumətdən dəstək istədi
07
aprel
12:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat