Ukraynada əsir düşən rus əsgərlərinin işgəncələrə məruz qalması və edam edilməsi barəsində xəbərlər yayılıb.
"The New York Times" Ukrayna əsgərlərinin martın 30-da Kiyev yaxınlığındakı kənddə pusquya salıb əsir götürdükləri rus əsgərlərini vəhşicəsinə qətlə yetirdiklərini əks etdirən görüntü paylaşıb.
Kadrlarda öldürülən rus əsgərinin yanında qan içində olan daha 3 rus əsgərinin cəsədi diqqət çəkir. Yerdə olan əsgərin əllərinin arxasına bağlandığı görünərkən, ukraynalı əsgərlər "Ukraynaya qələbə" , - deyə qışqırır.
Ukraynanın bəzi KİV-ləri isə "The New York Times"ın bu xəbərini təkzib edib. Bildirilib ki, görüntülərdə bu şəxslərin rus əsgərləri olmadığını, 2014-cü ildə rusiyapərəst separatçılara qarşı mübarizə aparmaq üçün yaradılan Gürcüstan legionunun üzvləri olduğunu iddia edib.
Qeyd edək ki, Kiyevətrafı bölgələrdən geri çəkilən rus ordusunun bu bölgələrdə çoxlu sayda mülki vətəndaşı qətlə yetirdiyinə dair iddialar son vaxtlar müharibəyə damğasını vurub. Buçada rus əsgərləri tərəfindən işgəncələrə məruz qalan bir çox insanın küçələrdə öldürüldüyünə dair iddialar bütün dünyada Rusiyaya qarşı reaksiyaların artmasına səbəb olub. Rusiya isə bu görüntüləri “uydurma” və “Qərb təxribatı” kimi qələmə verməkdə davam edir.
Ukraynada əsir götürülən rus əsgərləri edam etdirilir?
07
aprel
16:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat