Rusiyanın Xəzər Donanmasının (XDD) hərbçiləri Dağıstanda terrorizmlə mübarizə üzrə təlimlər keçirib.
“İnterfaks” xəbər verir ki, Rusiya Silah Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatında deyilir:
"Təlim planına əsasən, diversantlar Kaspiysk şəhərindəki hərbi hissənin ərazisinə soxulmaq, əsas komanda məntəqələrini ələ keçirmək və rabitə vasitələrini sıradan çıxarmaq məqsədilə nəzarət-buraxılış məntəqəsinə hücuma cəhd ediblər”.
Növbətçi hissə antiterror qrupu ilə birlikdə təlim komandanlığını aldıqdan sonra həyəcan siqnalı verib. Hərbi qulluqçular operativ şəkildə tapşırıqların yerinə yetirildiyi ərazilərə gələrək, hərbi hissənin ərazisinə yaxınlaşmaların qarşısını alıb, həmçinin hərbi obyektin növbəti müdafiəsini təşkil ediblər.
Həmçinin şərti düşmənin vaxtında aşkarlanması və növbətçi hissənin antiterror qrupu ilə hərəkətlərinin əlaqələndirilməsinə xüsusi diqqət yetirilib. Tədbirdə XDD-in 50-yə yaxın hərbi qulluqçusu iştirak edib.
Rus ordusu Dağıstanda hərbi təlim keçirdi
09
aprel
21:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat