Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ilin mayında Azərbaycanla sərhəddə yaranmış vəziyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) uğursuzluğu adlandırıb.
Bu barədə "RİA Novosti" yazır.
Paşinyan təşkilatı ötən ilin mayında Azərbaycan hərbçilərinin Zəngəzur ərazisinin bir hissəsini nəzarətə götürməsindən sonra yaranmış Sotk-Xoznavar bölgəsində iki ölkənin sərhədindəki vəziyyətlə bağlı mövqeyinə görə tənqid edib. Onun fikrincə, baş verənlər təkcə Ermənistan Silahlı Qüvvələrinin (SQ) və hökumətin deyil, həm də KTMT-nin uğursuzluğudur: "Mövcud prosedurların əksinə olaraq, KTMT Ermənistan cəmiyyətində uzun illərdir ki, Ermənistanın təhlükəsizliyi üçün ən mühüm təşkilatın lazımi vaxtda heç nə etməyəcəyi ilə bağlı mövcud narahatlığı əsaslandıraraq problemli ərazidə monitorinqin keçirilməsi barədə hələ də qərar qəbul etməyib. O, sadəcə müşahidəçi rolunda qalır, - Paşinyan bildirib.
Paşinyan KTMT-ni tənqid etdi
13
aprel
13:50

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat