Rus hərbçiləri evlərini tərk etmək imkanı olmayan insanları girov götürürlər.
UNİAN xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
"Minlərlə Kreminna sakini hazırda rusların girovluğundadır", - deyə o vurğulayıb.
Sergey Qaydayın sözlərinə görə, aprelin 19-da təxliyə olunacaqdı, lakin ruslar atəşkəsdən və humanitar dəhliz yaradılmasından imtina ediblər.
 
скачать dle 12.1