Polşanın Sileziyasındakı Pnieviek mədənində metan qazı partlayışı baş verib.
Xarici KİV xəbər verir ki, iki partlayış nəticəsində azı 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb. 
 
Qeyd olunur ki, qəza aprelin 20-də gecə yarısından sonra baş verib. Həmin vaxt mədəndə 42 şaxtaçı var idi. 
  
Hələlik 7 nəfərin taleyi məlum deyil. 
Hazırda yeni partlayışa səbəb ola biləcək çox yüksək metan konsentrasiyası səbəbindən axtarışlar dayandırılıb. Hadisə yerinə baş nazir Mateusz Moraviecki gəlib.
скачать dle 12.1