Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.
Xarici KİV xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə məruzəsində bildirib.
Onun sözlərinə görə, Mariupolun mühasirəsi zamanı AFU qruplaşmasının, əcnəbi muzdluların sayı 8100 nəfərə yaxın olub.
Şoyqu həmçinin Azovstal ərazisində iki mindən çox yaraqlının blokadaya alındığını bildirib. Rusiya Federasiyasının Silahlı Qüvvələri və Donbass respublikalarının Mariupoldakı bölmələri əhalinin müdafiəsi üçün bütün tədbirləri gördüyünü ifadə edib.
Müdafiə nazirinin sözlərinə görə, silahlıların müqavimətinə baxmayaraq, Mariupolda 142 mindən çox vətəndaş təxliyə edilib, limanda olan bütün girovlar azad edilib.
Şoyqu bildirib ki, yaraqlıların bloklandığı Azovstalda işləri başa çatdırmaq üçün Rusiya Silahlı Qüvvələrinə üç-dörd gün lazımdır.
O həmçinin bildirib ki, indi bütün Mariupol Rusiya Federasiyası Silahlı Qüvvələrinin və LPR, DXR-in nəzarəti altındadır, yaraqlılar “Azovstal” zavodunun ərazisində təhlükəsiz şəkildə bloklanıb.
Rusiya Mariupola nəzarəti ələ keçirdi
21
aprel
11:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat