Segodnya.ua xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası Ukrayna millisinin oyunçularının yoxlama matçlarında meydana çıxacağı yeni formaları nəzərdən keçirir.
"Futbolçuların köynəklərində düşmənə qarşı mübarizədə millətimizin birliyini simvolizə etmək, eyni zamanda ukraynalı olmaqdan nə qədər qürur duyduğumuzu vurğulamaq planlaşdırılır", - deyə, UAF -ın bəyanatında deyilir.
UEFA bildirib ki, forma Avropa Futbol İttifaqının bütün tələblərinə cavab verir və Şevçenkonun komandası bu formada çıxış edə bilər.
