Rusiya ilə Ukrayna arasında müharibə 61 gündür davam edərkən, Ukrayna ilə Yaponiya arasında böyük böhran yaşanıb.
Ukraynanın rəsmi "Twitter" hesabından paylaşılan videoda Yaponiya imperatoru Hirohitonun Adolf Hitler və Benito Mussolini ilə “faşizmin məğlubiyyətini” təsvir etməsi iki ölkə arasında gərginlik yaradıb.
Videoda faşist ölkələrinin məğlub olduğu bildirilərkən, Yaponiyanın da bura daxil olması həm sosial mediada, həm də iki ölkə arasında mübahisə yaradıb.
Ukrayna bundan sonra rəsmi olaraq üzr istəyib:
"Bizim Yaponiya vətəndaşlarını incitmək niyyətimiz yox idi, buraxdığımız səhvə görə Yaponiyadan üzr istəyirik", - bəyanatda deyilir.
Qeyd edək ki, müharibə başlayandan Yaponiya digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak etmiş, onun pasifist mövqeyini pozaraq Ukraynaya hərbi texnika göndərmişdi. Digər tərəfdən, Yaponiya daha əvvəl də qeyri-adi bir şəkildə qapılarını qaçqınların üzünə açmağa qərar vermişdi.
Ukrayna Yaponiyadan buna görə ÜZR İSTƏDİ - VİDEO
25
aprel
14:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat