Rusiya Ukraynanı işğalının ikinci ayına girərkən Rusiya prezidenti Vladimir Putin mühüm açıqlamalar verib.
Putinin sözlərinə görə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məşhur rusiyalı jurnalistlərdən birinin öldürülməsinin qarşısını alıb. Bununla yanaşı o, Qərbin rusiyalı jurnalistləri öldürmək üçün Kiyevə xüsusi dəstə qrupları göndərdiyini açıqlayıb.
Rusiya Baş Prokurorluğunun əməkdaşları ilə görüşdə çıxış edən Putin “Bu gün səhər saatlarında FSB bölmələri Rusiyanın məşhur jurnalistlərindən birinə hücum edərək onu öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Əlbəttə ki, indi bunu inkar edəcəklər, lakin tapıntılar və sübutlar təkzibedilməzdir", - deyə açıqlama verib.
Putin bildirib ki, Qərb Rusiyanı daxildən məhv etməyə çalışır, lakin belə cəhdlər uğursuzluqla nəticələnəcək. Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini də günahlandırıb.
"İnterfaks" xəbər agentliyi millətçi qrupun üzvlərinin Rusiya hakimiyyəti tərəfindən saxlanıldığını bildirib. Ukrayna casuslarının əmri ilə hərəkət edən qruplaşmanın rusiyalı jurnalist Vladimir Solovyevi hədəf aldığı iddia edilir.
Lakin "Reuters"in məlumatına görə, Putin məsələ ilə bağlı heç bir sübut təqdim etməyib.
Putin həmçinin Qərb mediasını “anti-Rusiya təbliğatı” aparmaqda ittiham edib.
Solovyova qarşı sui-qəsd cəhdinin qarşısı alındı
25
aprel
16:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat