Bursanın Yunuseli hava limanı yaxınlığında tək mühərrikli təyyarə havaya qalxdıqdan sonra qəzaya düşüb.
Türkiyə KİV xəbər verir ki,Bursa valisi Yakup Canbolatın sözlərinə görə, sözügedən təyyarə təlim təyyarəsi olub. Qəza nəticəsində pilot və tələbə pilot həlak olub. İlkin məlumata görə, hadisə zamanı yaralanan olmayıb.
Hadisə yerinə 20 yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Qəza nəticəsində ən azı iki avtomobil yanıb.
  • Türkiyədə təyyarə qəzaya uğradı: Ölənlər var
скачать dle 12.1