Ukraynalı müğənni və bloger Olya Polyakova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan insanların Mariupoldan çıxarılması üçün dəniz dəhlizi açmağı xahiş edib.
Onun müraciəti “Freedom” telekanalında Ukraynanın “Şaxtyor” klubu ilə Türkiyənin “Antalyaspor” klubu arasında keçirilən xeyriyyə futbol matçından sonra yayımlanıb.
“”Azovstal”ı götürək, hamımız gördük ki, orada nə qədər adam var. Orada 1000 nəfər var. Orada çoxlu uşaq var. Bu uşaqlar 61 gündür günəşi görmürlər. İnsanların 61 gün zirzəmilərdə oturduğunu təsəvvür edə bilərsinizmi? Mən yerli hökumətə və şəxsən Ərdoğana müraciət etmək istəyirəm ki, dəniz dəhlizi açılsın. O, Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edə bilər. Ona görə də sizdən xahiş edirəm ki, təcavüzkara təsirinizdən istifadə edəsiniz və xilas etmək üçün böyük və çox mühüm missiyanı üzərinizə götürəsiniz”, - Polyokova deyib.скачать dle 12.1