Rusiyanın dəniz limanlarını blokadaya alması Ukraynanı alternativlər axtarmağa vadar edib.
"Yahoo News" xəbər verir ki, indi bu ölkənin taxılı Rumıniya limanına daşınmaq üçün cənub-qərbdəki kiçik Dunay limanlarında - Reni və İzmaildə qatarlara, yük maşınlarına və ya barjlara yüklənir.
Rusiyanın Ukraynaya təcavüzü Rumıniyanın Konstantanı limanını Ukrayna məhsulları üçün mühüm dəniz ixrac mərkəzinə çevirib.
Müharibədən əvvəl Ukrayna öz limanları vasitəsilə ayda 4,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edirdi: dünya buğdasının 12 faizi, qarğıdalının 15 faizi və günəbaxan yağının 50 faizi.
"Biz aclıq riskinin qarşısını almaq üçün onun gecikmədən istehlakçıların süfrələrinə çatmasına əmin olmalıyıq, - bunu Konstantakı ixraxatçı Viorel Panait deyib. - Ümid edirik ki, sürəti artıracağıq, çünki Ukraynanın üzləşdiyi acınacaqlı vəziyyəti nəzərə alaraq, biz onlara bacardığımız qədər kömək etməliyik".
Qonşu Bolqarıstan bu həftə Qara dənizdəki Varna limanından Ukrayna taxılının ixracına kömək etməyə hazır olduğunu bildirib və infrastrukturunu təkmilləşdirməyə başlayıb.
Ukrayna taxılı Rumıniya limanları ilə daşınır
05
may
19:06

Qarabağ
KOMMENTLƏR
"Rusiyanın Ukrayna taxılını blokadaya alması cinayətdir" - Borrel
Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq
"Ukrayna taxılının blokadaya alması əsl müharibə cinayətidir" - Avropa İttifaqı
Ukrayna Rusiya limanları və mülkü gəmilərini hədəf elan etdi
Ukrayna dəniz yolu ilə təxminən 15 milyon tonluq yük ixrac edib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat