Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına onun Ukraynaya genişmiqyaslı işğalı planlaşdırdığı barədə məlumat verilməyib.
Bunu "Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozev deyib.
"Hətta Lavrov sona qədər bunun müharibə təhlükəsi kimi bir şey olacağına inanmırdı. Əsl müharibə olacağını öyrənəndə də özü şoka düşdü", - Qrozev bildirib.
Onun sözlərinə görə, Putin öz planları ilə bağlı başqalarını xəbərdar etməyib. Buna görə həmin insanlar (red. Sergey Lavrov, Dmitri Peskov, Sergey Şoyqu və b.) işğalla bağlı açıq bəyanatlar verəndə özlərinə güvənmirlər:
"Peskov açıqlama verərkən qəribə siması ortaya çıxır. Onu ruhlu adam adlandırmaq və dediklərinə inandığını söyləmək çox çətindir. Biz bunu əvvəllər görməmişdik. Amma təəssüf ki, elita çox qorxur".
Qrozevin sözlərinə görə, elita hələ Putinə qarşı çıxmağa hazır deyil.
“Bu yaxınlarda mən həmkarlarımla Putinə çox yaxın olan bir oliqarxın səs yazısına qulaq asdıq. O, başqa bir oliqarxla dialoqunda Putinin tezliklə ölməsini istəyirdi: "Onun ölümü bizim üçün yaxşı nəticələr vəd edir. Çünki o, bizi məhv etdi, o, Ukraynanı məhv edir, Rusiyanı məhv edir". Onlar belə düşünürlər. Və belədir. Yəni onlar aktiv və passiv şəkildə buna necə son qoymağı düşünürlər”, - Qrozev bildirib.
Xatırladaq ki, Rusiyanın hərbi kampaniyası Ukraynanın Rusiya və Belarusla sərhədində rus qoşunlarının uzun müddət cəmlənməsindən sonra başlayıb. Tammiqyaslı işğal ərəfəsində Rusiya hakimiyyəti "DXR" və "LPR"-ı dövlət qurumları kimi tanıyıb.
"Lavrov Putinin müharibəyə başlamasından xəbərsiz idi" - KİV
06
may
14:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat