Əvvəllər Türkiyəni "F-35” proqramından çıxarmaq üçün səy göstərən ABŞ Konqresinin bir sıra üzvləri Ukraynadakı hərbi münaqişədə tərəfləri barışdırmaq cəhdlərindən sonra Türkiyəyə "F-16” qırıcı təyyarələrinin satışına görə "yaşıl işıq” yandırıb.
Məlumata görə, vasitəçilik səyləri Ankaraya "F-16”ların satışı ilə bağlı Konqresdə mümkün etirazları azaldıb.
Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks ABŞ-ın Türkiyə ilə işləməsinin vacibliyini vurğulayıb.
"Türkiyə düzgün istiqamətdə müəyyən addımlar atıb, bəzi şeylər bizi zaman-zaman narahat etsə də, Türkiyə ilə işləməli olduğumuz sahələr var”, - deyə siyasətçi bildirib.
Öz növbəsində, Senatın Xarici Əlaqələr Komitəsində respublikaçıların lideri Cim Riş deyib ki, Türkiyə "F-16”lara niyə ehtiyacı olduğuna dair etibarlı arqumentlər təqdim edib.
ABŞ Konqresindən Türkiyəyə “yaşıl işıq”
06
may
16:12

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər