Kubanın paytaxtı Havana şəhərində güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
"Haber Global" xəbər verir ki, ölənləri sayı 8-ə çatıb.
Daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışın baş verdiyi otelin yaxınlığındakı məktəbdə uşaqlar təxlİyə edilib.
Faktla bağlı araşdırmalar aparılır.
21-45
 
Kubanın paytaxtı Havana şəhərində güclü partlayış olub.
"RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində Kapitoli ilə üzbəüz yerləşən "Saratoga” otelinin binasını dağılıb.
Partlayışın səbəbi hələlik məlum deyil. Versiyalardan birinə görə, partlayış çəndən maye qaz vurularkən baş verib.
"Noticias Cuba” nəşrinin yazdığına görə, səhər saatlarında Kuba paytaxtını silkələyən güclü partlayış ciddi maddi ziyana səbəb olub və bir neçə nəfər yaralanıb. Sosial şəbəkələrdə hadisə yerindən yayılan görüntülərdə binanın xeyli dağıldığı görünür. Hadisə yerində xilasedicilər işləyir, dağıntılar təmizlənir, təxliyə aparılır.
"Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.
скачать dle 12.1