Ukraynada yaralanan sürücümüz Samir Tahirovun səhhəti ilə bağlı məlumat verilib.
Oxu.az xəbər verir ki, onun səhhətində artıq irəliləyiş müşahidə olunur.
S.Tahirov 28 fevral tarixində Ukraynanın Xarkov şəhərində baş verən toqquşmalar zamanı ağır güllə yarası alıb. Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib.
O iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib.
18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq S.Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdilən Samir əlavə iki cərrahi əməliyyat keçirib.
Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql edilib. Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib və hazırda orada müalicəsini davam etdirir.
Qeyd edək ki, sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyası (ABADA) tərəfindən qarşılanıb.
Ukraynada yaralanan azərbaycanlı sürücü Türkiyədə klinikaya köçürüldü
10
may
17:02

Qarabağ
KOMMENTLƏR
Ukraynada yaralanmış azərbaycanlı sürücü vətənə qayıtmağa hazırlaşır Ətraflı
Xarkovda yaralanan azərbaycanlı sürücü Moldovaya təxliyə edildi
Xarkovda yaralanan azərbaycanlıların ADLARI
Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat edib
Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyə olundu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat