Ötən həftə ruslar şəhəri mühasirəyə almaq üçün Donets çayını keçməyə cəhd göstəriblər. Ruslar əraziyə od vurub tüstü yaradaraq, peyk görüntülərinin və PUA-ların hədəfindən yayınmağa cəhd göstəriblər. Lakin ukraynalı hərbçilər texnikaların səsini müəyyən edərək, hücum ediblər.
Nəticədə onların hücumu uğurlu alınıb. Rusların Donets çayı üzərində qurduğu müvəqqəti körpü dağıdılıb. Rusiyanın 50-yə qədər texnikası sıradan çıxıb. Bu hücumda rusların 1500-ə qədər itki verdiyi irəli sürülür.

