Rusiya Dövlət Dumasının Liberal Demokrat fraksiyasına yeni rəhbər təyin olunub.
TASS xəbər verir ki, yeni rəhbər parlamentin aşağı palatasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutskidir.
"Dövlət Dumasında LDPR deputatları səs çoxluğu ilə Leonid Slutskini fraksiyanın daimi rəhbəri seçdilər", - fraksiyanın mətbuat katibi Aleksandr Dupin bildirib.
Dövlət Dumasının plenar iclası ərəfəsində Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin parlament səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Bildirək ki, o, aprelin 6-da uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib. Yeni partiya liderini seçəcək Liberal Demokrat Partiyasının növbədənkənar qurultayı mayın 27-nə təyin edilib. Bu, Liberal Demokrat Partiyasının 30 ildən artıqdır ki, qurucusu və daimi lideri olmadan keçiriləcək ilk qurultayı olacaq.
Jirinovskinin yerinə o təyin edildi - FOTO
18
may
11:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat