ABŞ Prezidenti Cozef Baydenin qızı Eşli Bayden koronavirusa yoluxub.
Bu barədə "Reuters" məlumat yayıb.
Baydenin qızının COVID-19 üçün verdiyi testin cavabı müsbət çıxıb.
40 yaşlı Eşlinin anası Cil Baydenlə birlikdə Mərkəzi Amerikaya gedəcəyi bildirilirdi. Onun atası ilə sonuncu dəfə nə vaxt əlaqə saxladığı hələlik məlum deyil.
скачать dle 12.1