Çərşənbə günü Massaçusetsdən Kanadaya səyahət edən bir adamda nadir hallarda görünən "meymun çiçəyi" virusu qeydə alınıb.

Associated Press xəbər verir ki, ABŞ səhiyyə işçiləri hazırda bu virusun Avropadakı kiçik epidemiyalarla əlaqəli olub olmadığını araşdırırlar.
Qeyd edək ki, "meymun çiçəyi" virusu Afrika ərazisində yaşayan insanlarda rast gəlinib. Lakin bu ay Böyük Britaniya, Portuqaliya və İspaniyada az sayda təsdiqlənmiş və ya şübhəli hallar qeydə alınıb.
ABŞ səhiyyə rəsmiləri araşdırma çərçivəsində İngiltərə və Kanada rəsmiləri ilə əlaqə saxladıqlarını bildiriblər.

скачать dle 12.1