"Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.
Bunu Tbilisidə özəl klinikada müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazdığı məktubunda bildirib.
Yeriməkdə çətinlik çəkdiyini qeyd edən siyasətçi əsasən yataqda olduğunu bildirib: "Səhhətim haqqında bir çox şayiələr olduğundan özümü necə hiss etməyim barədə məlumat açıqlamağa qərar verdim. MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Bu travma, başa düşdüyüm kimi, cərrahi müdaxilə tələb edir. Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Məndə güclü titrəmə və başgicəllənmə var”.
M.Saakaşvili müayinə zamanı beynində bəzi dəyişikliklərin aşkarlandığını da vurğulayıb.
Qeyd edək ki, M.Saakaşvili mayın 12-də saxlanıldığı Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki "Vivamedi” klinikasına köçürülüb.
Mixeil Saakaşvili əməliyyata ehtiyacı olduğunu bildirib Ətraflı
24
may
16:58

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA