Çox yaxın vaxtlarda aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni əsgər Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, erməni əsgərinin təhvil verilməsi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq:
“Araşdırma nəticəsində Azərbaycan tərəfi müəyyən edib ki, Martirosov diversant deyil, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və ərazidə oriyentasiyasını itirməsi nəticəsində Azərbaycan sərhədini keçib”.
Qeyd olunub ki, yüksək ehtimalla erməni əsgərin təhvil verilməsi İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında keçirilən son Brüssel görüşünün nəticəsidir.
“Sərhədi keçən erməni əsgər Ermənistana təhvil veriləcək”
25
may
14:49

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər